Əməkdar artist Nigar Şabanova Şri-Lankaya tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında qaldığı lüks otelin kotecindən video paylaşıb.
Gecə vaxtı hovuzda dincələn Nigarın kotecinə manqust gəlib. Müğənni yırtıcını görüntüləyək, hansı heyvan olduğunu dilə gətirib.
“Dostlar bu heyvanın adını bilən var? Yazın mənə. Yaxşı ki, kotecimin qapısını bağlamışam. Şri-Lankaya gəldikdən bəri burada görmədiyim heyvanları görmüşəm”, - deyə N.Şabanova bildirib.
Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl yerli klinikaların birində bıçaq altına uzanaraq, bədənşəkilləndirmə əməliyyatını keçirmişdi.
Rəşad Əliyev, Bizim.Media