Acunun keçmiş arvadının narkotik testinin nəticəsi açıqlandı - FOTO

Hazırda oxunan: Acunun keçmiş arvadının narkotik testinin nəticəsi açıqlandı - FOTO

94611

Acun İlıcalının keçmiş həyat yoldaşı və sosial media fenomeni Şeyma Subaşının bir müddət əvvəl qatıldığı ad günü məclisindəki sosial mediada gündəm olub.  

Bizim.Media xəbər verir ki, Subaşının narkotik istifadə etdiyi iddia edilən görüntüləri ilə bağlı vəkil Emek Emre açıqlama verib. 

Videonun ötən iyul ayında xaricdə çəkildiyini bildirən Emre görüntülərin yayılmasının Subaşı ilə bağlı sui-qəsd olduğunu iddia edib.  

Şeyma Subaşının şənbə günü Səhiyyə Nazirliyinə bağlı bir laboratoriyada test edildiyini və bunun bütün dərman panelləri üçün mənfi çıxdığını ifadə edən Emek Emre məsələni bu cür şərh edib:

“Ölkəmizin hər bir vətəndaşı üçün olduğu kimi, görüntülərini çəkmək cinayətdir. Şəxsin razılığı olmadan onun şəxsi həyatına toxunmaq və bu görüntüləri yaymaq cinayətdir. İşin açılması da cinayət tərkibi yaradır.

Şəxsin şəxsi həyatına qarşı cinayət tərkibi yarada biləcək hərəkətləri törədənlər barəsində lazımi araşdırmaların aparılması üçün , bu prosesdə şəxsə dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün prokurorluğa ərizə veriləcək və təzminat işləri qaldırılacaq”.
Qeyd edək ki, Ş.Subaşı bir müddət əvvəl içində narkotik olan içkini içərək xəstəxanalıq olmuşdu. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin