Roza Zərgərli: “Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır” - VİDEO 

Hazırda oxunan: Roza Zərgərli: “Utan, Barskix, sənin kimi insanların zövqü elə Ermənistandır” - VİDEO 

94116

“Hazırda Ukrayna ilə Rusiya arasında döyüşlər davam edir. Müharibə başlayandan bəri indiyə kimi Azərbaycan şou-biznesi və ən əsası Azərbaycan xalqı Ukraynanı dəstəklədi. Artıq bir neçə ildir ki, Maks Barskix sənin karyeranı izləyirəm. Teleaparıcı Janna Badoevanın köməkliyi ilə bu pilləyə ucalmısan. O, səni insan etdi. Hərçənd, Maks sən xoşagəlməz addımlarınla ona qarşı çıxmısan”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.  

O, ukraynalı həmkarının sosial şəbəkə səhifəsində sentyabrın 13-də cəbhədə baş verən hadisələrdə Ermənistana dəstək çıxmasına sərt şəkildə etirazını bildirib.  

Roza Maksı xain adlandıraraq, ona dəstək verdiyi Ermənistanda oxumasını da məsləhət görüb.

“Sənin kimilər vətənini, ata-baba yurdunu müdafiə edən o oğlanların hesabına buraya gəlib konsertlər verirsiniz. Tamaşaçılarımız isə sizi sevir, fanatlıq edir. Amma sən hələ də düşünürsən ki, güya konserti sən ləğv etmisən. Bunları deməyə necə də cürət edirsən.  

Nəzərinə çatdırım ki, sentyabrın 13-dən etibarən Azərbaycanda bütün konsertlər qeyri-müəyyən müddətə dayandırılıb. Bəli, konsertin dekabrın onundadır. Sosial mediada hesabında yazdığın o postdan sonra konsertinin levğ olunmasını düşünürsənsə, dərindən yanılırsan.

Bundan əvvəl konsertiniz ləğv edilib. Mən insanları fiziki məziyyətlərinə görə bölmürəm. Əgər birisi özünü müdafiə edə bilmirsə, ölkəsini necə müdafiə edəcək?! Sən şükür edən insan deyilsən.

Öz hərəkətlərindən utanmalısan ki, bizə təcavüzkar deyirsən. Azərbaycan Ukraynanı həm mənəvi, həm də maddi cəhətdən dəstəklədi və hələ də dəstəkləyir. Bəlkə də bu sənə dərs olar.

Müharibə zamanı “Instagram”dakı 2 milyon abunəçi sayımla 15 gün ərzində hər gün paylaşımlarımda şəxsən mən Ukraynaya dəstək verdim.
Sən isə öz sosial şəbəkə hesabında cəfəngiyyat yazırsan. Utan! Barskix, sən heç öz dostlarınla dost olmadın, qaldı ki, bizim dostumuz olasan. Bu gündən sonra gedib Ermənistanda konsert verə bilərsən. Təbii ki, əgər səni onlar dinləmək istəsələr. Amma istəyərlər, çünki sənin kimi insanların zövqü elə Ermənistandır”.

Qeyd edək ki, Maks Barskixin Ermənistana dəstək çıxmasından dərhal sonra ulduzun dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti təşkilatçılar tərəfindən ləvğ olunub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin