Hadisənin boşandığı milyonçu əri: "Heç bir istəyim olmayıb" - FOTO 

Hazırda oxunan: Hadisənin boşandığı milyonçu əri: "Heç bir istəyim olmayıb" - FOTO 

94010

İddialara görə Mehmet boşanma ərizəsində Hadisədən ona hədiyyə etdiyi 3 milyonluq üzüyü və toyda taxdığı bütün zinət əşyalarını geri tələb edib.  

Bizim.Media xəbər verir ki, iş adamı sosial şəbəkə hesabında yayılan iddialarla bağlı post paylaşıb.  

“Çox gizli və həssas olan bu mövzuda səssiz qalmaq ən doğrusudur deyə düşünmüşdüm. İndiki vəziyyətdə, aparılan müqayisələri görəndə düşünürəm ki, özümə, ailəmə, xüsusən də son 1 ildə bu qədər zəhmət çəkməyim haqsızlıq olardı.

Bir-birimizə çox dəyər verməklə başladığımız münasibətimiz bitsə də, Hadisənin sənət həyatına ən çox dəstək verən şəxs bəlkə də mən olmuşam.

Ailəm də daxil olmaqla, onun konsertlərini qürurla izlədiyimin, uğurları ilə fəxr etdiyimin hər kəs şahidi olsa da, bu gün səslənən iddialar məni təəccübləndirir. Evliliyimizi bitirməyinə ortaq şəkildə qərar vermişik.

Və mənim istədiyim tək şey prosesin hər kəs üçün ən yaxşı şəkildə hörmətlə başa çatmasıdır.

Başqa heç bir istək, xahişim olmayıb. Öz dünyama qayıtmaqla hər kəsdən mənə və ailəmə hörmət etməyi xahiş edirəm. Sevgilər...”, - deyə M.Dinçerler qalmaqallı məsələyə aydılıq gətirib.
Qeyd edək ki, bu gün Hadisə Mehmetlə boşanmasını “Anlaşaraq sonlandıra bilmədiyimizə görə, boşanmaq üçün məhkəməyə müraciət etdiyimi sizinlə bölüşürəm. Mehmetə həyatında xoşbəxtliklər diləyirəm. Bu müddətdə yanımda olan hər kəsə təşəkkür edirəm” yazdığı sözlərlə ifadə edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin