Bu gün Azərbaycanda 15 sentyabr “Bilik günü” kimi qeyd edilir.
Bizim.Media xəbər verir ki, bir sıra məşhurların övladları ilk dəfə birinci sinifə qədəm qoyublar.
Müğənni Kərim Abbasov oğlu Yusifi birinci sinifə yola salıb. Sosial şəbəkə hesabında övladının videosunu paylaşan Kərim “Balam bu gün birinci sinifə gedir. Çox mübarək” sözlərini dilə gətirib.
Kərimin xanım həmkarı Nüşabə Musayevanın qızı Zəhra da şagird adını qazanıb. Sənətçi sosial şəbəkə hesabında övladı ilə məktəbin önündə çəkilmiş fotosunu yayımlayıb. Nüşabə paylaşımına “Zehnin açıq olsun Zəhra” şərhini yazıb.
Mərhum Xalq artisti Rafael Dadaşovun nəvəsi də bu gün ilk dəfə birinci sinifə yollanıb. Sənətkarın müğənni qızı Səidə Dadaşova övladı Rafaelin şəklini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Səidə paylaşımına “Mənim yaşama səbəbim oğlum balaca Rafael Dadaşov. Şükürlər olsun bu günü də gördüm” fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media