"Onu sənin kimi ağlayan olmayacaq" - Aybəniz Haşımova şəhidin anasına SƏSLƏNDİ

Hazırda oxunan: "Onu sənin kimi ağlayan olmayacaq" - Aybəniz Haşımova şəhidin anasına SƏSLƏNDİ

93700

Əməkdar artist Aybəniz Haşımova Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədovla bağlı ürəkdağlayan paylaşım edib. 

Bizim.Media xəbər verir ki, şəhidin fotosunu sosial şəbəkə hesabında yayımlayan sənətçi fikirlərini belə ifadə edib. 

“Sos kəndində böyüyüb bu balamız. Nə anası,nə də ki,atası var. Allahdan yox, bəndələrdən qurma bir ailəsi var idi. Bir necə atılmışlardan qurulan bacı, qardaş və onlara baxacaq qadın, hansı ki, o körpələr ona ana deyib çağırırdılar.

Dəfələrlə kənardan müşahidə etmişəm və öz-özümə sizi buralara atıb gedən anaya, ataya nə deyəsən ki, adamın ürəyi soyuya demişəm. Həmin o, vaxtilə atdığın oğul şəhid olub. İndi gəl heç olmuya balanı bağrına bas ağla, ey qadın. Axı, indi onu sənin kimi ağlayan olmayacaq.
Dünən 50 şəhidin xəbəri qəlbimi param-parca edib. Allaha ağır getməsin əllərim yanıma düşüb, heyim qalmayıb. 

Qeyd edək ki, Səbuhi Əhmədov bu gün Bakıda, İkinci Fəxri xiyabanda dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin