“Daxili İşlər Nazirliyinin Hospitalından indi gəldik. Orada atam Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatından keçdi. Həkim bizə söylədi ki, atamın başında şiş, damar tıxanması və ya hematoma yoxdur”.
Bu sözləri Xalq artistinin qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.
Sənətkarın qızı atasının şiddətli baş ağrıları, və qıcolmalarını nevroloji problemlərlə əlaqələndirib:
“Həkim bildirdi ki, atamın gecələr yatmaması və başında şiddətli ağrıların olması nevroloji problemlərlə əlaqədardır. Bu səbəbdən beşinci gün atamı nevropatoloq yanına aparacağam. İstəyirəm ki, atama müalicə alsın. Həmin müalicələri isə evdə etdirəcəyəm.
Atam xəstəxanada qalmaq istəmir. O, evdə müalicə almaq istəyir. Bu səbəbdən atamın müalicələrinin evdə aparılmasını istəyirəm.
Eyni zamanda, atamın müalicə aldığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Samirə Əhmədova da onun səhhəti ilə bağlı lazım olan məsləhətləri verir və qayğısına qalır”.
Aytən xanım sözlərinə görə, atasının bu çətin vaxtında ona nə həmkarları, nə də Mədəniyyət Nazirliyindən heç kim baş çəkməyib.
“Atamın sənət yoldaşları nə zəng elədilər, nə də ki ona baş çəkdilər. O ki qaldı Mədəniyyət Nazirliyinin nümayəndələrinə, onlar atamın koronavirusa yoluxduğunu səbəb gətirərək, ziyarət etməkdən boyun qaçırdılar. Halbuki, atam çoxdan bu xəstəlikdən sağalıb”.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yadda qalan obrazlar yaradıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:14 / 13.09.2022
Xalq artistinın qızı: “Atamla sənət yoldaşları maraqlanmır” - ÖZƏL
Hazırda oxunan: Xalq artistinın qızı: “Atamla sənət yoldaşları maraqlanmır” - ÖZƏL
Hazırda oxunan: Xalq artistinın qızı: “Atamla sənət yoldaşları maraqlanmır” - ÖZƏL
93567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.