“Bacımı 17 yaşımda itirmişəm. Bəzən elə aktrisalar var ki, filmlərdə görürəm, ona çox oxşayırlar. “Bədheybət və gözəl” filmi var. Orada bir aktrisaya çox bənzəyir. İçimdə qəribə bir titrəmə olur. Ona oxşayan aktrisaları daha çox sevirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Fidan Axundova qonaq olduğu “Onun sirri” verilişində deyib.
Sənətçi bir sıra filmlərə çəkilən aktrisaların onun dünyasını dəyişən bacısına bənzədiyini bildirib:
“Bəzən olur ki, saçlarımı yığanda güzgüdə özümə baxıb deyirəm ki, ona bənzəyirəm. Tədricən dəyişən insan olmuşam. Əvvəllər mən belə deyildim. O zamanlar sevgimi dilə gətirməyi bacarmırdım”.
Ölümlə qarşı-qarşıya qalan Fidan onu vəfat edən bacısının həyata qaytardığını bildirib:
“Dəm qazından zəhərlənmişdim. 30 saniyə ürəyim dayanmışdı. Deyirlər ki, həmin anlarda insanlar qara tunel görür. Amma mənim gördüyüm tunel ağ rəngdə idi. İşıqlar yanırdı və yanımdan ağ geyimdə insanlar keçirdi.
Başımın arxa hissəsindən tunelə sovrulurdum.
Hiss elədim ki, məni vurdular. Həmin an isə dünyasını dəyişən bacım sinəmdən itələyib söylədi ki, hələ yox. Mən qayıtdım. Hiss elədim ki, bacım məni həyata qaytardı”.
Qeyd edək ki, F.Axudovanın Aydan adlı aktrisa bacısı da var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:26 / 13.09.2022
Fidan ölən bacısından danışdı: “Məni həyata qaytardı“ – VİDEO
Hazırda oxunan: Fidan ölən bacısından danışdı: “Məni həyata qaytardı“ – VİDEO
Hazırda oxunan: Fidan ölən bacısından danışdı: “Məni həyata qaytardı“ – VİDEO
93529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.