“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur repçi Elşad Xose qonaq olduğu “YouTube” da yayımlanan “Минута Плюс” layihəsində deyib.
Uzun illər narkotik asılılığından əziyyət çəkdiyini etiraf edən sənətçi “ağ ölümə” qalib qəldiyini açıqlayıb.
O bildirib ki, hazırda narkotikdən əziyyət çəkən şəxslər üçün sosial layihə üzərində çalışır.
“Bu mövzu mənim üçün çox ağrılıdır və vacibdir. Mən özümü təcrübəli və bu mövzuda qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var.
Layihənin isə birinci vəzifəsi təşviqat, düzgün həyat tərzi haqqında maarifləndirməkdir. Burada həkimlər danışmayacaq. Bu mövzunu keçdiyi çətin həyatından danışmaqdan çəkinməyən şəxs və ya şəxslər müzakirə edəcək.
Əgər bu layihə ilə bir neçə nəfərin narkotikdən imtina etməsinə nail ola bilsəm, bu, mənim üçün böyük xidmət olacaq. Bu gün bu, son nəfəsimə qədər etməli olduğum ən böyük işlərdən biridir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:07 / 12.09.2022
“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir” - Elşad Xose - VİDEO
Hazırda oxunan: “Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir” - Elşad Xose - VİDEO
Hazırda oxunan: “Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir” - Elşad Xose - VİDEO
93314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.