Xalq artisti Məleykə Əsədova paylaşımı ilə görənləri kövrəldib.
Bizim.Media xəbər verir ki, aktrisa ona kiçik yaşlarından pərəştiş edən Xəyalə adlı xanımın evinə qonaq gedib.
Sağlamlıq imkanları məhdud fanatı Məleykəni görər-görməz ona sarı gedərək, Xalq artistini qucaqlayıb. Bu görüşdən sevinc hissləri keçirən Xəyalə göz yaşlarına boğulub.
Həmin anları sosial şəbəkə hesabında paylaşan M.Əsədova yazdığı kövrək dolu şərhi ilə izləyicilərini qəhərləndirib.
"Kiçik yaşlarından məni saf hisslərlə sevən və illərdir görmək arzusu ilə yaşayan, tamaşalarım və yaradıcılığım haqda hədsiz çox bilən, dərim zəkaya malik pərəştişkarım Xəyalə. Çox məmnun oldum səni görməyə. Məni sənətə var edən, daha da ruhlandıran sizin sevginizdir. Buradan bütün pərəştişkarlarıma can sağlığı arzu edirəm" - deyə Məleykə bildirib.
Rəşad Əliyev, Bizim.Media