"Onun qəlbini oğurlamışam. 8-ci sinfə qədər bir yerdə oxumuşuq. Savadlı idi, mən isə 2-3 alırdım. O, mənə yuxarıdan aşağı baxırdı. Dedim ki, necə ola bilər mənə baxmasın? Onu oğurlayacam və götürdüm qaçdım. Böyük qardaşları var idi, tutsalar, öldürəcəkdilər".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov "O kimdir?" verilişində deyib.
Sənətkar proqramda həyat yoldaşı Tamilla xanımdan söz açıb. Qasımov Tamilla xanımı 20 yaşı olanda qaçırdığını açıqlayıb.
"20 yaşım heç tamam deyildi. Ailədə söylədilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Bizə uyğun deyillər. Amma ailəmə söz verdim və onu qaçırtdım. İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam edək" - deyə, A.Qasımov bildirib.
Xalq artisti müsahibəsində verilişlərə yalnız müəyyən qonorar müqabilində qatıldığını vurğulayıb:
"Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:17 / 10.09.2022
Alim həyat yoldaşını qaçırtdığını AÇIQLADI: "Qardaşları tutsaydı, öldürəcəkdilər" - VİDEO
Hazırda oxunan: Alim həyat yoldaşını qaçırtdığını AÇIQLADI: "Qardaşları tutsaydı, öldürəcəkdilər" - VİDEO
Hazırda oxunan: Alim həyat yoldaşını qaçırtdığını AÇIQLADI: "Qardaşları tutsaydı, öldürəcəkdilər" - VİDEO
93086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.