Aktrisa Oksana Rəsulova həmkarı Şəhriyar Əbilovla ayrıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda xanım sənətçi sosial şəbəkə hesabında yazıb.
Bir il əvvəl Əbilovla kəbinini pozan Rəsulova əri ilə dost münasibətdə qaldığını və bundan sonra da oğulları Osmanı birlikdə böyüdəcəklərini dilə gətirib.
"Siz hər zaman mənə və Şəhriyara dəstək olmusunuz və bunu bilmək sizin haqqınızdır. Biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan əvvəl qərarlaşdırdıq ki, ailə həyatı quraq və kəbin kəsdik. Sonra isə oğlumuz Osman dünyaya gəldi. Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə hər ikimiz cəhd etdik, amma alınmadı. Ondan sonra bir il əvvəl qərara qəldik ki, kəbinimizi pozaq və dost kimi münasibətimizi qoruyub, saxlayaq. Belə hər ikimiz üçün yaxşı oldu. Onu da demək istəyirəm ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq".
Qeyd edək ki, O.Rəsulova ilə Ş.Əbilov ötən il verilişlərin birində evli olduqlarını açıqlamışdılar. Cütlüyün dörd yaşlı Osman adlı oğlan övladı var.
Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.
Rəşad Əliyev, Bizim.Media