Gülbahar Şükürlü: “Elə dost var ki, düşməndən betərdir” - VİDEO

Hazırda oxunan: Gülbahar Şükürlü: “Elə dost var ki, düşməndən betərdir” - VİDEO

92375

“Kiminsə arxasınca danışmağı sevmirəm. İstəyir qohumum, istəyir dostum, istəyir qonşum olsun, fərqi yoxdur, sözüm varsa, üzünə deyirəm. Söhbət düşəndə də dərinə gedən insan deyiləm”.

Bizim.Media xəbər verir ki, bu sözləri qarmon ustadı, Əməkdar artist Gülbahar Şükürlü qonaq olduğu “Gündən günə” verilişində deyib.

Sənətçi bildirib ki, şou əhli arasında yaxından dostluq etdiyi insan yoxdur.

“İncəsənət aləmində xətrini istədiyim insanlar çoxdur. Amma yaxından dostluq etdiyim sənət aləmindən elə bir insan yoxdur. Dost deyən o qədər insanlar görmüşəm ki, onlar düşməndən betərdilər”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin