Aktyor Əlixan Rəcəbov iyulda ailə həyatı qurduğu Çilənay adlı xanımla bal ayına yollanıb.
Bizim.Media xəbər verir ki, tətil üçün cütlük Bali adalarını seçib.
Bu haqda isə Əlixan sosial şəbəkə hesabında məlumat verib.
Suyun altına baş vuran aktyor "Suyun altında bu duruşu saxla qaqaş" çəkilən şəklinə şərh əlavə edib.
Balinin əsrarəngiz təbiətini, heyvanları, eyni zamanda dağın ətəyindən Sakit okeanın açılan möhtəşəm mənzərəni lentə alıb, paylaşan Rəcəbov xanımı ilə "Pura Luhur Uluvatu" Məbədini ziyarət edib.
Ainlərim keçirildiyi məbədin içindən çəkiliş aparan aktyor yayımladığı görüntülərə "Dadlı yeməklər yeyin, dadlı ölkələrə gedin. Şair deyir ki, dünyanı gör, insanları tanı, özünü sev" şərhini yazıb.
Diqqət çəkən məqam isə xanımı Əlixanın yanında olsa da aktyorun paylaşımlarında gözə dəyməyib.
Qeyd edək ki, hazırda Çilənay xanımla evli olan Əlixan Rəcəbovun bu sayca ikinci evliliyidir. Aktyorun birinci evliliyi 2019-cu ildə olub. Lakin bu evlilik 4 ay çəkib. Onlar rəsmi şəkildə boşanıblar.
Rəşad Əliyev, Bizim.Media