“Boney M”in solisti təəccübləndi: “Qaynana”da “Sunny”nin səslənməsindən XƏBƏRSİZDİM”

Hazırda oxunan: “Boney M”in solisti təəccübləndi: “Qaynana”da “Sunny”nin səslənməsindən XƏBƏRSİZDİM”

91844

Dünyaca məşhur və əfsanəvi “Boney M” diskoteka qrupunun aparıcı solisti Liz Mitçel sentyabrın 2-də “Sea Breeze Resort”da açıq hava festivalı “Sea Breeze Disco Night” çərçivəsində Bakıda çıxış edib.

Bizim.Media xəbər verir ki, konsertdən əvvəl mətbuat konfransında iştirak edən ulduz media əhlinin suallarını cavablandırıb.

Şəhərimizin gözəlliyinə aşiq olduğunu söyləyən sənətçi Bakıya ilk dəfə gəlmədiyini dilə gətirib:

“Bakıda olduğum üçün həmişə özəl hisslər keçirirəm, çünki şəhəriniz və bütövlükdə ölkəniz çox musiqilidir. Əfsuslar olsun ki, buraya tez-tez gələ bilmirəm. Lakin gəldiyimdə hər zaman yaxşı vaxt keçirirəm”.
Olduqca şən əhval-ruhiyyədə olan Liz Azərbaycan musiqiçiləri və musiqiləri haqqında da söz açıb:

“Onlar inanılmaz və möhtəşəmdirlər. Bir dəfə Azərbaycanda şam yeməyində ərimlə mən Azərbaycan milli musiqisinə qulaq asdıq, o, dinlədikdən sonra göz yaşlarına hakim kəsilə bilmədi. Dayanmadan ağladı. Bu, ürəyimin hər yerində hiss etdiyim çox həssas bir performans idi... Düşünürəm ki, bu sizin mədəniyyət inciniz olan muğam idi”.

L.Mitçelin diqqətinə Azərbaycanın kinosunun əvəzolunmaz incisi sayılan “Qaynana” komediyasında yer alan onların “Sunny” mahnısının səsləndirildiyini çatdırıblar.
Həmin kadrları izləyən məşhur təəccüblənərək sözügedən film haqda ilk dəfə məhz burada öyrəndiyini açıqlayıb:

“Mən çox şadam ki, bizim mahnılarımız bütün dünyada dinlənilir. “TikTok”da “Boney M” mahnısının trekləri 20 milyard dəfədən çox istifadə olunub ki, bu da Yer əhalisinin sayından bir neçə dəfə çoxdur. Bu isə çox şeydən xəbər verir”, – deyə Liz vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin