“Anam kitabxanada işləyirdi. İşdən tez-tez icazə alırdı. Deyirdilər ki, “Hər gün Gülayı o qapıya aparırsan, bu qapıya aparırsan, guya Zeynəb Xanlarova olacaq?”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı qonaq olduğu “ Tam Vaxtıdır” gecə şousunda deyib.
Sənət həyatında məşhurlaşmağından söz açan ifaçı buna görə anasının böyük zəhmətinin olduğunu dilə gətirib.
“Bir gün anamın iş yerinə gəldim. Anamın işlədiyi yerdə isə fortepianodan dərslər alırdım. Anamın otağına girib gördüm ki, ağlayır. Ona söylədim ki, “Zeynəb Xanlarova ola bilməsəm də, Gülay Qədirova kimi mənim də adım tanınar və heç zaman sənin əziyyətini yerdə qoymaram”.
Elə də oldu. Allah anamın da, mənim də əziyyətini yerdə qoymadı. Əsas odur ki, Allah ağlımızı başımızdan almadı. Hər zaman rastıma yaxşı insanlar çıxdı və dəstək olan insanlar da çox oldu”.
Qeyd edək ki, Gülay fitnes məşqçi Kamil Zeynallı ilə evlidir. Cütlüyün Sahilə adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:48 / 01.09.2022
Gülay məşhurluğundan DANIŞDI: “Zeynəb Xanlarova ola bilməsəm də...” - VİDEO
Hazırda oxunan: Gülay məşhurluğundan DANIŞDI: “Zeynəb Xanlarova ola bilməsəm də...” - VİDEO
Hazırda oxunan: Gülay məşhurluğundan DANIŞDI: “Zeynəb Xanlarova ola bilməsəm də...” - VİDEO
91464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.