"Oğrular" dedikdə artıq hansı “millət”dən bəhs olunduğu bilinir. Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəməzdim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Mənfur düşmənlərimizin növbəti dəfə musiqimizə etdiyi təcavüzün görüntülərini yayımlayaraq, onların saxtakarlığını üzə çıxarıb. Nağara ustadı bütün dünyada yaşayan zərb aləti ifaçılarına çağırış edib.
“Biz bu gün müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Gəlin, tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq”.
Rəşad Əliyev, Bizim.Media