Açıq-saçıq səhnə geyimləri ilə gündəmin oxunu öz ətrafında fırladan Türkiyənin pop ulduzu Gülşen Çolakoğlu dilinin bəlasına düşüb.
Bizim.Media xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda sənətçi barəsində araşdırma aparılır.
Buna səbəb isə onun konsertlərindən birində söylədiyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” kəlmələr olub.
Gülşenin bu sözləri həmin liseydə təhsil alan məzunları, eyni zamanda dindarları hiddətləndirib.
Bir sıra fəallar “Twitter” sosial şəbəkə platformasında pop ulduzun həbs olunması üçün #gulsentutuklansın həştəqi altında yüzlərlə paylaşımlar və çağırışlar edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:18 / 25.08.2022
Gülşen dilinin bəlasına düşdü – HƏBS OLUNA BİLƏR – VİDEO
Hazırda oxunan: Gülşen dilinin bəlasına düşdü – HƏBS OLUNA BİLƏR – VİDEO
Hazırda oxunan: Gülşen dilinin bəlasına düşdü – HƏBS OLUNA BİLƏR – VİDEO
90327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.