Azərbaycana 2011- ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın Bodrum kefinə soğan doğrayıblar. Belə ki, izləyicilər sənətçinin paylaşdığı foto və videolara “kökəlmisən” yazaraq sənətçini qıcıqlandırıblar.
Bizim.Media xəbər verir ki, Nigarın müdafiəsinə iş xanımı Ruhi Əliyeva qalxıb.
O, sosial şəbəkədə Nigar və onun qızı Jasminlə birlikdə çəkilən şəkillərini yayımlayaraq onun haqda mənfi rəy yazanları “ağ yuyub, qara sərib”.
“Nigarın bir paylaşımını gördüm, ona çəki almağı ilə bağlı irad bildirənlər olub. Əzizlərim, inan ki, Nigar neçə kilo alırsa-alsın, yenə də gözəldir. Bu gözəllik onun daxilindən, içindəki tərbiyədən irəli gəlir. Hələ gözəllikdə onu üstələyən qızı Jasmini demirəm.
O qədər zərif və utancaqdır ki, heç deməzsən ki, bu uşaq Londonda böyüyüb. Bu qədər işin-gücün arasında övladına belə diqqətlə yanaşan Nigarı ancaq təqdir etmək olar. Bir də axı o, bizə Avroviziya qalibiyyəti gətirib. Bir az həssas olaq”.
Qeyd edək ki, Nigar Camalın Jasmindən savayı Səidə adlı daha bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:35 / 22.08.2022
Ruhi Nigarın müdafiəsinə qalxdı: “Neçə kilo alırsa-alsın, yenə də gözəldir” - FOTO
Hazırda oxunan: Ruhi Nigarın müdafiəsinə qalxdı: “Neçə kilo alırsa-alsın, yenə də gözəldir” - FOTO
Hazırda oxunan: Ruhi Nigarın müdafiəsinə qalxdı: “Neçə kilo alırsa-alsın, yenə də gözəldir” - FOTO
89737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.