Çılpaq fotosunu paylaşmaq Səmraya baha başa gəldi: "Cahil, savadsız, elmsizsiniz" - VİDEO

Hazırda oxunan: Çılpaq fotosunu paylaşmaq Səmraya baha başa gəldi: "Cahil, savadsız, elmsizsiniz" - VİDEO

89702

"O qədər cahil, savadsız, elmsizsiniz ki, kitab oxumursunuz. İnternetə girib, yazın ki, model nə deməkdir, o nə işlə məşğul olur və nə təqdim edir?!".

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Türkiyədə istirahətdə olan "Miss Azerbaijan 2019" model yarışmasının qalibi Səmra Hüseynova sosial şəbəkə hesabında çəkib paylaşdığı videoaçıqlamada deyib.

Çılpaq fotosunu yayımladıqdan sonra izləyicilərin "Modelsiz bəyənirik. Amma çılpaq soyunmağınızı  yox. Model çılpaq olmur" yazdığı tənqid dolu şərhlərinə model bu cür reaksiya verib.

"97 faiz insan bu cəmiyyətdə savadsızdır. Model nədir bilmir. Model hər hansısa bir geyimin, şəkilin və əsərin çılpaq, bikinidə və ya geyimli təqdim edə bilər" - deyə Səmra Hüseynova əsəbi halda fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin