Tanınmış müğənni Mina Hüseyn həyat yoldaşı ilə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə İstanbulda çəkdiyi foto və videoları sosial şəbəkə hesabında paylaşıb.
Mina yayımladığı görüntülərə, "Sevgi dolu bir gün... Uşaq ikən yaşadığım duyğuları indi tək yaşamıram" şərhini yazıb.
Müğənninin digər paylaşdığı şəkildə isə ərinin ona bağışladığı gül çələngi əks olunub. Gülün üzərində "Gözəl həyat yoldaşıma" sözləri qeyd olunub.
Diqqət çəkən məqam isə Minanın bir sıra fotolarda qarnının şişkin olması, eyni zamanda yazdığı şərhlərdə uşaq smayliki qoyması olub.
Müğənni yayımladığı şəkillərdə həyat yoldaşının üzünü gizlədib.
Rəşad Əliyev, Bizim.Media