Xuraman Şuşalı ölümdən döndü: "Yoldaşım qoymurdu ki..." - VİDEO

Hazırda oxunan: Xuraman Şuşalı ölümdən döndü: "Yoldaşım qoymurdu ki..." - VİDEO

89485

"İki gün təzyiqim oynadı. Uzandıqda 85, başımı qaldırdıqda isə 135 olurdu. Beyin insultu keçirmək təhlükəsi yaşadım".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbər-ətər" səhər şousunda deyib.

Sənətçi koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərdən söz açıb: 

"Bu günə qədər çox işləmişəm, əziyyətli həyatım olub. Baxdım ki, heç nəyin olmasın, amma sağlam olasan. Nəyin varsa, onlar sənə yük kimi görünür. Hətta övlad haqda da deyirsən ki, Allah ona yol açacaq, öz həyatını quracaq.

Allah, mənə də sağlamlıq ver. İki gün yataq xəstəsi oldum. Dedim ki, dünyamı dəyişib cənnətə düşəcəyəmsə, məni belə saxlama. Amma ondan əvvəl nəfəsim gedib-gəlsin, övladlarıma nəzarət edim. Belə halda onlara yük olmaq istəmirdim.
Heç yoldaşım da qoymurdu ki, onlar məni bu halda görsünlər. İki gün xəstə oldum, üçüncügün isə məclis idarə etdim. Həkim demişdi ki, düzələcəksən. Bu koronavirusdan qalan fəsad idi".

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin