Aktrisa Sonaxanım Əliyeva təhlükə və qorxu dolu anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, sənətçi 2 həftə əvvəl Xırdalan şəhərində baş verən partlayışla bağlı “Maqazin plyus” verilişinə müsahibə verib.
Sonaxanım bir neçə gün əvvəl partlayan binanın onların yaşadığı binanın yaxınlığında yerləşdiyini söyləyib.
“Həmin vaxt orada yaşayanlar təlaş içində idi. Axşam olduğu üçün hər kəs evdə idi. Çox çətindir. Ailələr evdə oturduğu yerdə birdən-birə hər şeylərini itirdilər. Allah hər kəsə kömək olsun. Həmin vaxt qızımla evdə idim.
Biz və ətrafda yaşayanlar, hamımız partlayış baş verən binaya üz tutduq. Çünki dəqiq bilmirdik ki, nə baş verib. Gördük ki, partlayışın dalğasından binanın üzlükləri parka tərəf dağılıb”.
Qeyd edək ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə Klinik Tibbi Mərkəzə yerləşdirilib. KTM avqustun dördündə şəxslərin səhhətində ciddi problem olmadığına görə onları evə buraxıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:32 / 17.08.2022
Sonaxanım Xırdalandakı partlayışdan DANIŞDI: "Qızımla evdə idim"- VİDEO
Hazırda oxunan: Sonaxanım Xırdalandakı partlayışdan DANIŞDI: "Qızımla evdə idim"- VİDEO
Hazırda oxunan: Sonaxanım Xırdalandakı partlayışdan DANIŞDI: "Qızımla evdə idim"- VİDEO
89005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.