Müğənni Xatirə İslam söz-söhbətə, eyni zamanda müzakirə predmetinə çevrilən şort mövzusuna aid paylaşım edib.
Bizim.Media xəbər verir ki, fotosessiya zamanı sənətçi qalmaqallı şort məsələsi ilə bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
“Yenidən şortik məsələsidir. Uşaqlarımız deyir ki, istidən ölürük, amma şortik geyinə bilmirik” deyə, X.İslam bildirib.
Bir şəxsin “Şortik geyindiyim üçün bir xala məni marketdən qovdu” söylədiyi sözlərinə sənətçi “Şəhərdə hamı şortik geyinir. Kim pis baxır?” cavabını verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sədərəkdə yerləşən “Meyvəli” bazarına şortiklə daxil olmasının yasaqlanması ilə bağlı xəbəredəci plakatlar asılın. Lakin az keçməmiş həmin yazılar divardan götürülərək məsələyə nöqtə qoyulub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:39 / 16.08.2022
Xatirə İslam: “Şəhərdə hamı şortik geyinir” - VİDEO
Hazırda oxunan: Xatirə İslam: “Şəhərdə hamı şortik geyinir” - VİDEO
Hazırda oxunan: Xatirə İslam: “Şəhərdə hamı şortik geyinir” - VİDEO
88861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.