Naibə Allahverdiyeva: “Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz” - VİDEO  

Hazırda oxunan: Naibə Allahverdiyeva: “Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz” - VİDEO  

88707

“Yarımştat” tamaşası axşam yayımlandı, səhər məşhurlaşdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu “Evinizin qonağı” verilişində deyib. 

Sözügedən tamaşada “Tomka” obrazını canlandıran sənətçi Xalq artisti Yaşar Nurinin onun aktrisalıq qabiliyyətinə şübhə ilə yanaşdığını açıqlayıb. 

“Şərif Qurbanəliyev tələbə yoldaşım idi. Bu tamaşası çəkiləndə zəng etdi ki, kiçik obraz var. Dedim, o qədər tamaşa çəkirsən, mənə balaca obraz verirsən. Qayıtdı ki, bu obrazla özünü təsdiq et.

Bilirsən ki, Telman Adıgözəlov, Yaşar Nuri, Afaq Bəşirqızı, Arif Quliyevlə çəkiləcəksən. Özümü pis hiss etdim ki, onların qarşısında necə çıxış edəcəm? Getdim, qızardım, utandım, danışa bilmədim, tər tökdüm.
Məşqdən sonra Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz, danışa bilmir. Şərif deyib ki, utanır. Qayıtdı ki, o cür rollar oynamısan, sənə nə oldu. Dedi, get çalış. Səhərə kimi yatmadım, ağladım. Gecə-gündüz 1 ay çalışdım, 10 dəqiqəlik rolum var idi. Oynayandan sonra Ramiz Mirzəyev mənə “bravo” dedi”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin