Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev türk sənət musiqisinin əfsanəsi Bülent Ersoyla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, sənətkarı bəzəyən Anar onunla çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Ersoy Batumidə baş tutan konsert üçün vizajını Ağakişiyevə həvalə edib.
Fərqli görünüşə sahibləndiyini məhz Anarın əl işi və adı ilə əlaqələndirib.
"Batumidəyəm. Bir az sonra səhənəyə çıxacağam. Bu axşam çox "cool" oldum, tez hazırlandım. Təbii ki, iki usta - Mehmet Yiğit Paris və Anar Ağakişiyevin əlində özümü hazır gördüm" - deyə B.Ersoy bildirib.
Anarın Bülentlə çəkib, paylaşdığı şəkillər isə sosial şəbəkə əhli tərəfindən maraq və təəccüblə qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media