"Arzum var, kənddə yaşayım. Orada gözəl şəraitim olsun. Öz təsərrüfatım olsun. Bu işlə məşğul olum. Əlbətdə ki, işçilərim olsun. Amma hər bir şeyə özüm nəzarət edim".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artisti Elza Seyidcahan qonaq olduğu "Onun sirri" verilişində deyib.
Sənətçi bildirib ki, onun anası Seyidcahan Əhmədova bacı-qardaşına analıq edərək, hətta süd də verib.
"Zəhmətkeş anam nə ata evində, nə də ər evində gün görüb. Anamı 16 yaşında ərə veriblər. O, öz bacı-qardaşına süd verib. Nənəmin dünyaya gətirdiyi uşaqlara hər zaman anam baxıb".
Qeyd edk ki, E.Seyidcahan anasının adını özünə təxəllüs götürüb.
Rəşad Əliyev, Bizim.Media