Türkiyənin məşhur müğənnisi Demet Akalın dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyevlə Bodruma tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi Anarla birlikdə günəş vannası qəbul edərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Demet, "Anar, iki aydır Bodrumdayam. Amma gələn-gedən, çiçək, şokolad gətirən yoxdur. Amma səni görən kimi hər şey dəyişdi" deyərə Anara səslənib.
A.Ağakişiyev isə Akalının bu sözlərinə, "Sizin sayənizdə Demet xanım. Burdakı qonşularım azərbaycanlılardır" deyə qarşılıq verib.
Qeyd edək ki, Demet Akalın bir neçə həftə əvvəl Azərbaycana gələrək, Naxçıvanda canlı konsert proqramı ilə çıxış etmişdi.
Rəşad Əliyev, Bizim.Media