Xalq artisti Məleykə Əsədova bıçaq altına uzanacaq.
Bizim.Media xəbər verir ki, sənətçi bir sıra müğənnilər kimi kök hüceyrə əməliyyatı etdirəcək.
Bu haqda Məleykə əməliyyatı icra edəcək plastik cərrahın qəbulunda olduğu zamanı çəkib, sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.
M.Əsədova bu proseduru əl, üz və boyun nahiyələrinə etdirəcəyini dilə gətirib.
“Qərara gəldim ki, kök hüceyrə etdirim. Bədənimdə piyim olmadığına görə, kök hüceyrələr qulağımın arxasından götürüləcək. Əslində dolğuya qarşıyam və piyi heç sevmirəm. Üzümdə heç bir dolğu olmayıb. Amma baxım da lazımdır” deyə Mələykə Əsədova vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl M.Əsədova burnunda ikinci dəfə “rinoplastika” əməliyyatı keçirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:00 / 10.08.2022
Mələykə Əsədova plastik əməliyyat olunacaq
Hazırda oxunan: Mələykə Əsədova plastik əməliyyat olunacaq
Hazırda oxunan: Mələykə Əsədova plastik əməliyyat olunacaq
87929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.