Xəbər verdiyimiz kimi, Türkiyənin qalmaqallı müğənnisi Nihat Doğan iranlı pərəstişkarı üç aylıq hamilə Arzu adlı xanımla evlənib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə sənətçinin açıq havada düzənlənən toy məclisindən görüntülər yayılıb.
Paylaşılan videolarda qonaqların rəqsi zamanı havaya silahla atəş açıldığı kadrlar əks olunub.
Sosial şəbəkə əhli qonaqların, xüsusi ilə uşaqların iştirak etdiyi məclisdə silahın işə salınması etirazla qarşılanıb.
Onlar “Düz uşağın yanında atırlar, biabırçılıq”, “Nihat Doğandan yalnız belə axmaqlıq çıxar”, “Görəsən toylardakı silahla atəş açmaq kimi axmaq “adət” nə zaman yasaqlanacaq?” kimi şərhlər yazaraq qarşı tərəfi tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media