“Hər dəfə dönüb geriyə baxınca Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Allaha yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram”.
Bizim.Media xəbər verir ki, bu sözləri ailə qurduqdan sonra Türkiyəyə köçüb uzun illərdir orada yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında paylaşıb.
Həyat yoldaşı, iş adamı Ceyhun İzerlə sarmaşıq fotosunu yayımlayan sənətçi ona olan məhəbbətini bu sözlərlə ifadə edib.
“Birlikdə, bizi bir-birimizə bağlayan ürək ağrısı da yaşadıq, qəhqəhə ilə də güldük... Amma nə zaman içim sıxılınca, azca hüzur axtarsam, o dəqiqə özümü sənin yanına park edirəm. Həyatım səninlə, övladlarımla, yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın. Bərabər duran diş fırçalarımızı, ürəkdən gələn hüzurlu dua və şükürlərimizi”.
Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl, 2009-cu ildə ailə həyatı qurub. Cütlüyün İpek adlı qızı və Əli ilə adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:34 / 10.08.2022
İradə ərindən yazdı: "Həyatım səninlə, övladlarımla, yuvamla doldu" - FOTO
Hazırda oxunan: İradə ərindən yazdı: "Həyatım səninlə, övladlarımla, yuvamla doldu" - FOTO
Hazırda oxunan: İradə ərindən yazdı: "Həyatım səninlə, övladlarımla, yuvamla doldu" - FOTO
87812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.