Dünya ulduzu Rihanna və sevgilisi A$AP Rokki Nyu-York ətrafında axşam gəzintisində paparassilərin obyektivinə tuş gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl ana olan pop müğənni gəzinti üçün geniş cins şalvar və açıq rəngli saçaqlı köynək seçib.
Rihanna imicini qızıl-zinət əşyaları tamamlayıb. Repçi əri isə açıq cins şalvarda, naxışlı köynəkdə və tünd jiletdə olub. Görünüşünü Rokki çox rəngli trikotaj papaqla tamamlayıb.
Oğulları dünyaya gəldikdən sonra aşiqlər küçədə paparazzilərin obyektivlərinə daha az düşməyə çalışırlar. Cütlük şəxsi həyatlarını gizli saxlamağa çalışırlar ki, kiçik ailələrindən həzz ala bilsinlər.
Rihanna ilə Rokki sadəcə ikisi olanda gecə-gündüz istənilən vaxt bayıra çıxıb sevənləri ilə söhbət edirdilər. İndi cütlük bir uşaq sahibi olduqları üçün şəxsi sərhədlərini qorumağa və ora heç kimi buraxmamağa çalışırlar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:38 / 08.08.2022
Rihanna əri ilə Nyu-Yorkda belə görüntüləndi - FOTO
Hazırda oxunan: Rihanna əri ilə Nyu-Yorkda belə görüntüləndi - FOTO
Hazırda oxunan: Rihanna əri ilə Nyu-Yorkda belə görüntüləndi - FOTO
87565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.