Modellər İrina Şeyk və Stella Maksvell moda sənayesindən olan dostları, o cümlədən “Burberry”nin kreativ direktoru Rikardo Tisçi, britaniyalı “Vogue” dərgəsinin baş redaktoru Edvard Enninful və model İman Hammam ilə birlikdə İbizada tətilə davam edirlər.
Bizim.Media xəbər verir ki, onlar sosial şəbəkə hesablarında bahalı istirahətlərindən görüntülərini paylaşaraq, qızmar günlərin dadını çıxarırlar.
Stella çimərlikdə İrinanın yanında büstqaltersiz uzanaraq poz verdiyi şəklini yayımlayıb.
Stella və İrina uzun müddətdir yaxın dostdurlar və tez-tez birlikdə vaxt keçirirlər, buna görə də vaxtaşırı onların romantik münasibətləri haqda müxtəlif şayiələr qəzir.
Fotolarda diqqət çəkən məqam isə iki rəfiqənin tez-tez bir yerdə pozlar verməsi, bir-birinə toxunması, qucaqlaşması eyni zamanda əl-ələ verməsidir.
Maksvell qadınlara cinsi maraq göstərdiyini gizlətmir, o, daha əvvəl aktrisa Kristen Stüartla iki il görüşürdü.
Qeyd edək ki, İbizaya getməzdən əvvəl İrina və Stella Nyu-Yorkda İrinanın anası Olqa ilə birlikdə gəzdikləri paparassilərin obyektivlərinə tuş gəlmişdirlər. Stella əvvəllər mütəmadi olaraq İrinanın aktyor Bredli Kuperdən dünyaya gətirdiyi qızı Lea ilə birlikdə Şeyki gəzintilərdə müşayiət edirdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:19 / 08.08.2022
İrina Şeyk həmcinsi ilə eşq yaşayır? - FOTO
Hazırda oxunan: İrina Şeyk həmcinsi ilə eşq yaşayır? - FOTO
Hazırda oxunan: İrina Şeyk həmcinsi ilə eşq yaşayır? - FOTO
87560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.