Müğənni Nura Surinin Şuşa səfəri izləyicilərin qəzəbinə tuş gəlib.
Sosial şəbəkə əhli Şuşaya gedə bilmədiklərini əsas gətirərək, sətətçini bu mövzuda ittiham ediblər.
Bizim.Media xəbər verir ki, Nura sosial şəbəkə hesabında post paylaşaraq, onu ittiham edən izləyicilərə cavab verib.
“Mən, Azərbaycanın iki Avroviziya təmsilçisi Səmra və Dilarə Kazımova, gənclərin ən sevdiyi Hiss və jazz ifaçısı Ülviyyə Rəhimova Diaspor gənclərinin üçüncü yay düşərgəsində 120 ölkədən gələn gənc azərbaycanlılar üçün təşkil olunan konsertdə iştirak etdik.
Həsrətində olduğumuz Şuşanı gəzdik, paylaşımlar etdik. Sosial şəbəkələrdə bu çox vacibdir. Çünki ermənilər bizə qarşı təbliğat aparmağa davam edirlər.
Necə ki, 44 günlük müharibə zamanı mən və bir çox sənətçi sosial şəbəkələrdə baş verənlərlə bağlı məlumatlar paylaşırdıq (hər dildə - rus, ingilis, fransız və s.) Eləcə də həmin o 120 ölkədən (əslən bir çoxu qarabağlı) Şuşa düşərgəsinə dəvət alıb gələn gənclər də xaricdə doğruları danışıb göstərirlər.
Hətta Şuşa xanı Pənahəlinin nəticəsi Məhəmmədəli də dəvətlilər arasında idi. O, İspaniyada doğulub, orada yaşayıb. Bu görülən işlər qalıb bir kənara.
Başlayıblar müğənnilər niyə Şuşaya gedir? Biz gedə bilmirik və sair kimi təbliğat aparmağa. Bunu edənlər vətənini, millətini sevməyən, görülən işlərə kölgə salan insanlardır.
Qazilərin adından danışıb insanlara minnət qoyurlar (danışanların, yazanların kimliyi məlum deyil), nifaq salırlar, bizi birlik olmamaq, bir-birimizə dəstək olmamaq üçün parçalayırlar. Sevinməyi bizə çox görürlər. Mənim anam Firəngiz Səttarova Qarabağ uğrunda döyüşdə yaralanıb, 2-ci qrup əlildir.
Atam (atalığım) Xanlar Səttarov Azərbaycanın yaşayan əfsanəsidir. Ailəlikcə Qarabağ hadisələrini təbliğ etmişik, edirik də.
Əlbəttə ki, bu gün gənclərin sevimlisi və böyük kütləyə çıxışı olan gənc ifaçılar, Avroviziyada iştirak edən müğənnilər mütləq təbliğata qoşulmalıdırlar və qoşulublar da. Bitirin bu söhbətləri, alçaqlıq etməyin” – deyə, N.Suri fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:57 / 08.08.2022
Nuraya Şuşa səfəri baha başa gəldi: “Bu söhbətləri bitirin, alçaqlıq etməyin” - FOTO
Hazırda oxunan: Nuraya Şuşa səfəri baha başa gəldi: “Bu söhbətləri bitirin, alçaqlıq etməyin” - FOTO
Hazırda oxunan: Nuraya Şuşa səfəri baha başa gəldi: “Bu söhbətləri bitirin, alçaqlıq etməyin” - FOTO
87555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.