Məşhur teleaparıcı Kamilə Babayeva Avropaya tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, o, qızı Natella ilə birgə Monteneqroya gedib.
Monteneqronun sahil şəhəri Perastda çəkdiyi foto və videoları sosial şəbəkə hesabında paylaşan Kamilə istirahətdən məmnun olduğunu bildirib.
K.Babayeva yerli mətbəxin ləziz təamı sayılan midyenin dadına da baxıb.
Qeyd edək ki, Kamilə Babayeva AzTV-də yayımlanan “Görüş yeri” verilişinin aparıcısıdır.
Rəşad Əliyev, Bizim.Media