Bakıda türkiyənin məşhur fenomen Kerimcan Durmazın köynəyi satılıb.
Bizim.Media xəbər verir ki, fenomenin Bakıdakı konserti zamanı səhnədə geyindiyi və tonal kremdən batmış köynəyi fanatı tərəfindən 100 manata satılıb.
Bu haqda Kerimcan Durmaz rəsmi "Youtube" kanalında yayımladığı videoda məlumat verib.
K.Durmazın sözügedən fanatı Turan Şükürlü fenomenə hadisəni belə nəql edib.
"Dünən bir nəfər yaxınlaşdı. Dedi ki, bu köynəyi neçiyə satırsan? Dedim ki, satmıram. Mənə 100 manat təklif etdi, tez çıxarıb köynəyi satdım. Sırf sənin tonal kremin toxunmuşdur deyə aldı".
Bunu eşidən K.Durmaz təəccüblənərək, gülməyə başlayıb.
Rəşad Əliyev, Bizim.Media