“Jah Xalib” İslamı qəbul etmiş xanımından DANIŞDI: "Hicabsız çıxanda özünü çılpaq hiss edir" - VİDEO 

Hazırda oxunan: “Jah Xalib” İslamı qəbul etmiş xanımından DANIŞDI: "Hicabsız çıxanda özünü çılpaq hiss edir" - VİDEO 

87113

“Jah Xalib” ləqəbi Rusiya şou-biznesində məşhurlaşan Azərbaycan əsilli Bəxtiyar Məmmədov “YouTube”da yayımlanan “Орта” layihəsinin qonağı olub.  

Bizim.Media xəbər verir ki, müsahibəsində şəxsi həyatından söz açan sənətçi xanımının “İslam” dinini qəbul etdiyini açıqlayıb.  

“Həyat yoldaşım ukraynalıdır, İslamı qəbul edib. Bir dəfə ona baş örtüyü taxmağı təklif etdim. Bu mövzuya başqa istiqamətdən daxil oldum. Afrikalı qadınların başlarına taxdığı şərflərdən tapdım. Onlar bunu başlarına gözəl bağlayırlar.  

Həyat yoldaşım da Afrika mədəniyyətini və musiqisini sevir. Dedim ki, gör necə qəşəngdir, çox tərzlidir. Ona bir şəkil göstərdim. O, ilk vaxtlar türban kimi taxmağa başladı. Tez bir zamanda buna öyrəşdi. Vaxt keçdikcə baş örtüyü ilə müxtəlif tərzlərdə təcrübələr aparmağa başladı.

Sonra ona hicabını çıxarıb küçəyə çıxmağı və özünü necə hiss edəcəyini anlamasını təklif etdim. Artıq 3-4 aydır hicabda olduğu üçün çölə çıxanda özünü çılpaq, təhlükədə hiss etdiyini dedi”.  
O sonra deyib ki, qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq:

“Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsizlikdə olacaq”.  

Qeyd edək ki, bu ilin iyununda “Jah Xalib” in Sofiya adlı qızı dünyaya gəlib.  

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin