“Elit star” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova Əməkdar artist Cavanşir Məmmədovun “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil etmək istəyini məsxərəyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda müğənni qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.
Cəmilə nəinki özünün, eləcə də bir çox yaşlı sənətçilərin sözügedən yarışmaya getməsinə qarşı çıxıb.
““Avroviziya”ya gedəsi o qədər potensiallı gənc müğənnilərimiz var. Hər şeyin öz vaxtı, vədəsi var. Yaş senzi var. Şəxsən mən bu müsabiqələrdə cavanlara üstünlük verilməsinin tərəfdarıyam. Onlara yol verilsin.
Mənə “Avroziya”ya getmək təklifi gəlsə, getmərəm. Potensial məsələsi də deyil. Potensialı onsuz da Azərbaycanda nümayiş etdirirəm. Gedib mahnı yazıb, oxuyaram burada. Ayıbdır! Yəqin Cavanşir Məmmədov “Avroviziya”da iştirak etmək istəyini reklamı üçün deyib. Cavanşir ora gedəndir k?!”
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:17 / 05.08.2022
“Elit star” Cəmilə Cavanşirin “Avroviziya” arzusunu lağa qoydu: “Reklamı üçün deyib” - VİDEO
Hazırda oxunan: “Elit star” Cəmilə Cavanşirin “Avroviziya” arzusunu lağa qoydu: “Reklamı üçün deyib” - VİDEO
Hazırda oxunan: “Elit star” Cəmilə Cavanşirin “Avroviziya” arzusunu lağa qoydu: “Reklamı üçün deyib” - VİDEO
87103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.