İlk dəfə anamın qucağında 5-6 aylıq olanda Şuşada olmuşam. Sonra hər il 3 yaşıma kimi Şuşaya gedib-gəlirdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qarabağın incisi Şuşaya yol alan müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi uşaq vaxtı başına gələn hadisəni yada salaraq, Şuşa ilə bağlı xatirələrindən söz açıb.
“Rəvayət kimi görünsə də, olmuş hadisədir. Toppuş, ağappaq uşaq olmuşam. Qonşu gəlib anama kömək etməyə, məni yuyunduranda deyib ki, çox gözəldir, şirindir... Gecə başıma 6 çıban çıxıb. Anam deyir həkimə apardıq, dərman kömək etmədi.
Qucaqda yatırmışam. Başıma çıxan çıbanlar ağrılı imiş. Anam deyir, gözə oxşayırdı. Hər il eyni vaxtda çıxırmış. Bu səbəbdən havamı dəyişim deyə, Şuşaya aparırmışlar.
20 gün, 1 ay orda qalırdıq. 3-cü il ora gedəndə Laçından olan bir qadın anamdan soruşur ki, bu uşaq niyə ağlayır, niyə qucaqdan düşmür? Anam da danışıb o qadına məsələni. O da öz uşağının boynundan bir amulet çıxarıb boynuma taxıb. Deyib ki, uşağa göz dəyib, bu amuleti çıxarmayın.
Bakıya qayıdanda amulet boynumda çatlayıb, ikiyə bölünüb. Ondan sonra başıma bir də o çıbanlar çıxmayıb. Üstündən illər keçib. Mən indi gəlib bu yerləri görə bildim. Uşaq vaxtı yadımda qalmayıb”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:24 / 05.08.2022
Nura Şuşadakı uşaqlıq xatirələrindən yazdı: “Başıma 6 çıban çıxdı, Laçınlı qadın...”
Hazırda oxunan: Nura Şuşadakı uşaqlıq xatirələrindən yazdı: “Başıma 6 çıban çıxdı, Laçınlı qadın...”
Hazırda oxunan: Nura Şuşadakı uşaqlıq xatirələrindən yazdı: “Başıma 6 çıban çıxdı, Laçınlı qadın...”
87076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.