O ETİRAF etdi: “Həyatımda qadın var, amma kəbinli arvadım deyil” - VİDEO  

Hazırda oxunan: O ETİRAF etdi: “Həyatımda qadın var, amma kəbinli arvadım deyil” - VİDEO  

87054

“Bizim kənddə belə bir adət-ənənə var ki, böyük yerbəyer olmalıdır, sonra kiçiklər gəlməlidir. Ailədə səkkiz uşaq idik. Ən sonuncu mən idim. Yalnız yeddi uşaq evləndikdən sonra növbə mənə çatacaqdı. O qədər gözləsəydim, istədiyim qız mənə çatmazdı. Bəlkə də qırxdan çox yaşım olardı. Ona görə o sevgini pozdum”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “Maqazin Plyusa” müsahibəsində deyib.  

İlk sevgisindən söhbət açan sənətçi, onunla qovuşa bilməməsinin səbəblərini dilə gətirib.

“O qızı qaçırda bilməzdim, çünki onuncu sinifdə oxuyurdu. Mümkün deyildi. Həmin xanım artıq ailə qurub. Ailəyə başqa cür baxıram. Ailə çox çətindir”.  

N.Salami həyatında qadın olduğunu etiraf etsə də, münasibətlərini rəsmləşdirmədiyini açıqlayıb.

“Həyatımda qadın var, amma kəbinli arvadım deyil. Kişinin yanında qadın olur. Sevgi sözü həyat yoldaşına aiddir. Bir nəfərlə ürəyini bölməlisən”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin