Ötən gün dünyasını dəyişən tanınmış jurnalist Araz Zeynalov keçmiş "H.O.S.T" qrupunun üzvü, repçi Orxan Zeynallının (AİD) atasıdır.
Bizim.Media xəbər verir ki, ABŞ-da yaşadığı üçün dəfndə iştirak edə bilməyən Orxan sosial şəbəkə hesabında atası ilə birgə çəkilmiş arxiv fotosunu paylaşaraq, dərin kədərini bu sözlərlə ifadə edib.
“Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz.
İntellektual, geyimi-kecimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.
Dünən atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyində rəhmətə getsə, yaxşı xəbər başlıqları alınar… Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata!”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:26 / 04.08.2022
Ötən gün vəfat edən jurnalistin repçi oğlundan DUYĞUSAL PAYLAŞIM - FOTO
Hazırda oxunan: Ötən gün vəfat edən jurnalistin repçi oğlundan DUYĞUSAL PAYLAŞIM - FOTO
Hazırda oxunan: Ötən gün vəfat edən jurnalistin repçi oğlundan DUYĞUSAL PAYLAŞIM - FOTO
87026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.