Müğənni Tuncay Bərdəli dəbdəbəli malikanəsini gözlər önündə sərgiləyib.
Bizim.Media xəbər verir ki, “Evdəkilərə salam” verilişinin çəkiliş heyəti ifaçının villasında qonaq olub.
Tuncay proqramda şahlara layiq malikanəsindən söz açıb.
“Burada daha bir ev tikdirmişəm. Bir az dəyişikliklər etmişəm. Hovuz tikdirmişəm. İkinci villa da tikdirmişəm”.
Müğənninin geniş həyətində üç lüks avtomobilinin də olması diqqətdən qaçmayıb.
Rəşad Əliyev, Bizim.Media