Xalq artisti Zülfiyyə Xanbabayeva görünüşü ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi qara, dizə qədər uzanan, qolsuz sinə və ayaq hissəsi transparan libasda obyektiv qarşısına keçib.
Artıq çəkilərindən azad olan Zülfiyyə arıqlayaraq “iynənin ucuna sap” olub.
Qeyd edək ki, bir müddət əvvəl Z.Xanbabayevanın mədəkiçiltmə əməliyyat keçirildiyi iddia edilsə də, müğənni bunun şayiə olduğunu demişdi: “Axşam yemək yemirəm. Şirniyyatdan da imtina etmişəm. Sadəcə, çox hərəkət edir və üzürəm. Gündə saat yarım dayanmadan üzürəm”.
Rəşad Əliyev, Bizim.Media