“Qardaşımın ruhu məni bağışlasın. O zaman anam dünyasını dəyişəndə stress keçirdim, depressiyaya düşdüm. Bir ildən sonra böyük qardaşım Rüstəm vəfat etdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev qonaq olduğu “Onun sirri” verilişində deyib.
Mərhum qardaşından söz açan aktyor onun məzarını ziyarət etməməsinin səbəblərini açıqlayıb.
“Necə də olsa getməli idim onun məzarına. Amma ayağım getmirdi, bədənim əsirdi, nitqim tutulmuşdu. Su içə, yemək yeyə, uzana bilmirdim. Belə bir dəhşətli hal baş verdi. Şəkər xəstəsi idi, ayağı kəsilmişdi. Çox əziyyət çəkirdi. Bəla qələndə sellə gəlir. Nə anamın, nə də ki qardaşımın məzarlarını ziyarət edə bilmirəm. Mənə elə gəlir ki, ziyarət etsəm, yıxılacağam, mənə nəsə olacaq. Nə yaxşı ki, qardaşım dünyasını dəyişməzdən əvvəl, xəstə olduğu zaman imkanım daxilində hər həftə ona gedib baş çəkmişəm, söhbət etmişəm”.
Qeyd edək ki, A.Yolçuyev uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:52 / 02.08.2022
Qardaşının məzarını ziyarət edə bilməyən aktyor: "Bədənim əsirdi, nitqim tutulmuşdu" - VİDEO
Hazırda oxunan: Qardaşının məzarını ziyarət edə bilməyən aktyor: "Bədənim əsirdi, nitqim tutulmuşdu" - VİDEO
Hazırda oxunan: Qardaşının məzarını ziyarət edə bilməyən aktyor: "Bədənim əsirdi, nitqim tutulmuşdu" - VİDEO
86618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.