UFC döyüşçüsü "Ataman" Bakıda - VİDEO

Hazırda oxunan: UFC döyüşçüsü "Ataman" Bakıda - VİDEO

86611

"Ataman" ləqəbi ilə məşhurlaşan Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib. 

Bizim.Media xəbər verir ki, 29 yaşlı idmançı, İçərişəhərdə oğlu ilə gəzintindən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. 

Xatırladaq ki, ilk dəfə Azərbaycan təmsilçisi kimi Rafael ötən ay braziliyalı adaşı Rafael Dos Anjosla döyüşə çıxıb.  

Qeyd edək ki, R.Fiziyevin atası azərbaycanlı, anası rusdur. Qazaxıstanda anadan olub və orada boya-başa çatıb. Bir neçə ildir ki, Taylandda yaşayır və burada “Tiger Muay Thai” idman zalında məşqçi işləyir.
O, Qırğızıstan bayrağı altında döyüşüb. Ancaq keçən payızda o, dini zəmində internetdə təhqir olunduğunu (Rafael şiə müsəlmandır) və dekabrda Bred Riddellə döyüşəndə artıq Qırğızıstanı təmsil etmədiyini (sadəcə Fiziyev soyadının altında bayraq yox idi) söyləyib. Rafael Azərbaycan idmançısı seçilib (özünü azərbaycanlı hesab edir).

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin