Yaşadığı binada susuz qalan Nura: "Qonşular ağızlarına su alıb oturublar"

Hazırda oxunan: Yaşadığı binada susuz qalan Nura: "Qonşular ağızlarına su alıb oturublar"

86496

"Bir problem yazan kimi, başlayırlar Nura aqressivdir, yox müxalifətçidir, min cür söz danışırlar. Mənim yaşadığım binanın problemləri bitmir. Hər il yay aylarında günlərlə susuz, işıqsız, il boyu qazsız qalırıq".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Yaşadığı binanın problemlərindən tənqə gələn sənətçi günlərdir susuz qaldığını dilə gətirib.

"Binanın yiyəsi vəzifəli şəxslərin qohumudur, yəni məmurların. Heç kim onlara söz deyə bilmir. Hamı çəkinir. İndiyə kimi məhlənin problemlərini mən söhbət edə-edə arada qışqıra-qışqıra həll etmişəm. Bunu bütün qonşular bilir. Neçə gündür suyu kəsublər.
Su idarəsi deyir ki, bizlik deyil, binanın çənində problemlər var, onlar həll etməlidir. Deyirəm ki, su pulunu dövlətə ödəyirəm, necə yəni sizin problem deyil. Cavab olaraq söyləyir ki, komedantla danışın. Sağ olsun, bütün qonşular ağızlarına su alıb oturublar, elə bil burada məndən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, problemlərimiz heç zaman həllini tapmayacaq".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin