Dado oğlu ilə fotosunu paylaşdı, hamilə Natavana söz atdı: “Atasının tək balası” - FOTO

Hazırda oxunan: Dado oğlu ilə fotosunu paylaşdı, hamilə Natavana söz atdı: “Atasının tək balası” - FOTO

86447

Xəbər verdiyimiz kimi, “Dado” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev keçmiş həyat yoldaşı Natavan Həbibinin ikinci dəfə ana olacağı ilə bağlı xəbərə münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, bu gün repçi sosial şəbəkə hesabında qucağında oğlu Zeyd Əli ilə foto paylaşıb. 

“Dado” oğlu ilə birgə yayımladığı şəkilə “Atasının yek və tək balası” şərhini yazaraq, növbəti dəfə hamilə olan keçmiş həyat yoldaşı Natavana söz atıb. 

Qeyd edək ki, Səid Əliyev sosial şəbəkə hesabında keçmiş həyat yoldaşı Natavan Həbibinin yenidən ana olacağı xəbərinə “Heç kimin önündə bəraət qazanmıram. Heç kimə hesabat vermirəm. Amma hiss edirəm ki, yenidən məni oyuna salmaq istəyirlər. Bilin ki, biz çoxdan boşanmışıq.

Natavanın yenidən hamilə olmasını mən də sizin kimi kənardan öyrənirəm. Aramızda hər şey bitib. Allah onu xoşbəxt eləsin, yeni gələn balasının da canını sag eləsin”, deyə o, qeyd edib. 
Xatırladaq ki, keçmiş cütlüyün Zeyd Əli adlı bir oğlan övladı var.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin