Rusiyanın məşhur azərbaycanlı blogeri və iş adamı Hüseyn Həsənov növbəti dəfə tətil üçün Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, restoranların birinə şam yeməyinə gələn bloger rəqqasə qızların əhatəsindəki nağaraçının başına pul səpib.
O, həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Hüseyn Həsənov ötən dəfə Azərbaycanın ucqar kəndlərin birində tanımadığı bir ailəyə qonaq getmişdi. Orada gecələyən bloger səhərisi gün ailənin başçısı olan yaşlı qadına külli miqdarda pul vermişdi.
Rəşad Əliyev, Bizim.Media