Timati "Starbucks" qəhvə şirkətini aldı - FOTO

Hazırda oxunan: Timati "Starbucks" qəhvə şirkətini aldı - FOTO

86286

Timati ləqəbi ilə məşhurlaşan rusiyalı repçi Timur Yunusov dünyaca populyar qəhvə şirkəti  "Starbucks"ın Rusiyadakı aktivlərini almasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda repçi sosial şəbəkə hesabında "Starbucks" qəhvəxanasından paylaşdığı fotolarla məlumat verib.

"Rəsmi olaraq şəbəkənin bütün aktivləri alınıb və Anton Pinski ilə birgə rəhbərliyimiz altındadır. Sizi əmin edə bilərəm ki, heç bir dəhşətli rebrendinq gözlənilmir" - deyə Timati bildirib.

Repçi hazırda yeni loqo üçün dizaynerlərin təkliflərini gözlədiyini diqqətə çatdırıb.

Qəhvəxanaların açılışı isə avqustda planlaşdırılıb.

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin