"Oscar"da vurduğu şilləyə görə ÜZR İSTƏDİ - VİDEO 

Hazırda oxunan: "Oscar"da vurduğu şilləyə görə ÜZR İSTƏDİ - VİDEO 

86204

"Oscar" mükafatlandırma mərasimində aparıcı Kris Roka vurduğu şilləyə görə Hollivud aktyoru Uill Smit üzr istəyib. 

Bizim.Media xəbər verir ki, xoşagəlməz hərəkətinə görə qınaq obyektinə çevrilən aktyor 3 ay sonra şoumendən üzr istəyib.  

Smit, sosial şəbəkə hesabında video paylaşaraq bu sözləri dilə gətirib:  

“Mən əlimdən gələni edirəm.  Üzr istəyirəm, amma özümdən utanmamağa çalışıram. Axı mən insanam.  Mən səhv etdim”. 

O, dərhal şəxsən üzr istəməyə çalışdığını, lakin Rok onunla danışmağa hazır olmadığını söyləyib. Smit bu mesajı qəzəblə mübarizə kursları keçdikdən sonra yazıb. 

Qeyd edək ki, sensasiyalı hadisə 94-cü Oskar mərasimində baş verib. Aparıcı Kris Rok alopesiyaya görə saçlarını qırxdıran Smitin həyat yoldaşı Jada Pinkett-Smith-in saç düzümü ilə bağlı zarafat edib. Smit həyat yoldaşının şəxsiyyətini qorumaq üçün ayağa qalxıb, səhnəyə çıxıb və Rokun üzünə şillə vurub. 
Bu hadisədən sonra bir sıra kino şirkətləri aktyorla əməkdaşlığı dayandırıb. Həmçinin, Amerika Kino Akademiyası Uill Smitin Oskar mərasimində iştirakını 10 il müddətinə qadağan edib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin